II qrup Qarabağ əlili Əmlak Komitəsinin işçilərindən heyifini belə çıxdı
15 Noyabr 2013 16:39 (UTC+04:00)
Bu gün saat 13:50 radələrində Lənkəran rayonunda
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi
idarəsinin binasına bomba qoyulması xəbəri yayılıb. ANS PRESS-in
bölgə müxbirinin verdiyi məlumata görə, bu barədə Daxili İşlər
Nazirliyinin "102" saylı qaynar xəttinə zəng daxil olub. Məlumata
əsasən Fövqəladə Hallar Nazirliynin xilasediciləri, yerli polis və
prokurorluq əməkdşaları hadisə yerinə cəlb olunublar. İdarənn
işçiləri binadan evakuasiya olunub. 1 saata yaxın axtarışlardan
sonar informasiyanın yalan olduğu məlum olub.
Lənkəran polisinin operativ olraq keçirdiyi
əməliyyat nəticəsində telefon zənginin kim tərəfindən edildiyi
məlum olub. Araşdırmalar zamanı məlum olub ki, yalandan bomba
xəbəri 1973-cü il təvəllüdlü II qrup Qarabağ Müharibəsi əlili Həbib
Mirzəhüseyn oğlu Sadıqov tərəfindən verilib. Polis H.Sadıqovu
saxlayıb.
Dindirilmə zamanı Həbib törətdiyi əməli qisas kimi
qələmə verib. O, bildirib ki, idarədən onun işini yubatdıqları və
süründürməçiliyə yol verdikləri üçün işçiləri təşvişə salmaq
istəyib. Faktla bağlı cinayət işi
başalnıb. Qeyd edək ki, hazırda H.Sadıqov 3 ildən 8 ilə qədər
azadlıqdan məhrum edilə bilər.