Movqe.Az xəbər verir ki, 2014 -ci ilin yazında İngiltərənin paytaxtı London, özünə xass fayl uzantısı adıyla tanış olacaq. Londonun təqdimatından məsul London & Partners şirkəti İnternet əsaslı Nömrələr və Adlar Təşkilatı ICANN ilə bu mövzuda razılığa gəlib. Genişləmə adı olaraq isə . London istifadə ediləcək. Daxilində London keçən bir fayl uzantısı adı fikri, şəhərdəki bir çox şirkətin marağını çəkib. Məşhur Oxford Prospekti yaxınlarındakı ticarət mağazalarıyla məşhur Carnaby Küçəsindəki dükan sahibləri də eyni şəkildə bu fikirin onları həyəcanlandırdığını söyləyib. London Bələdiyyə Başçısı Boris Johnson, . London genişlənmə adını mənimsəyən şirkətlərin , bu sayədə şəhərin qlobal bir marka olma müddətinə də daxil olmalarını təmin edəcəyini bildirib. Johnson həmçinin Londonun rəqəmsal mühitdəki varlığının da genişlənmə fürsəti əldə edəcəyinə , bunun da şəhərə investisiyaların artmasının kömək edəcəyini deyib. Londondan başqa Nyu York , Paris və Berlin kimi şəhərlərin də bənzər uzadılma adları üçün müraciət etdikləri deyilir.