Kalsium həbi infarkt riskini artırırmı?
25 May 2012 13:26 (UTC+04:00)
Movqe.Az BBC-yə istinadən bildirir ki,
Kalsiumu, ümumiyyətlə yaşlı insanlar sümüklərini gücləndirmək və
qırılmalarının qarşısını almaq üçün qəbul edir.
"Heart" jurnalında nəşr olunan xəbərdə kalsium həblərinin "diqqətli
istifadə edilməsi lazım olduğu" bildirilib.
Ekspertlər kalsium ehtiva edən balanslı bir pəhrizin daha yaxşı bir
strategiya olduğunu vurğulayırlar.
Heidelbergdəki Alman Xərçəng Araşdırmaları Mərkəzindən olan
ekspertlər on ildən çox müddət ərzində 23,980 adamı müşahidə
altında tutublar.
Kalsium həblərini qəbul edən insanlarla, kalsium qəbul etməyən
insanlar arasındakı infarkt keçirə bilmə ehtimalını müqayisə
ediblər.
Heç bir həb qəbul etməyən 15,959 nəfər arasında 85-ində infarkt
hadisəsi meydana gəlib.
Lakin iş boyunca kalsium həblərindən istifadə edən insanlarda
infarkt keçirmə riski 86 faiz daha çox olub.
Ekspertlər infarkt riskinin "kalsium həblərinin diqqətli istifadə
edilməsi lazım olduğunu" söyləyirlər.