Prezidentin Əfqanıstana gözlənilməyən səfəri
25 May 2012 14:19 (UTC+04:00)
Movqe.Az BBC-yə istinadən bildirir ki,
Fransanın prezidenti François Hollande Əfqanıstana ziyarət
edir.
May ayının əvvəllərində prezident seçilən Hollandenin Əfqanıstanda
yalnız bir neçə saat olacağı təxmin edilir.
François Hollande Əfqanıstandakı bütün fransız əsgərlərini 2012-ci
ilin sonuna qədər geri çəkmək istəyir. Bu, keçmiş prezident Nikolas
Sarkozinin təyin etdiyi təqvimdən bir il əvvəldir.
Hollandenin fərdi düşüncələrini və güclərin geri çəkilməsi planı
mövzusundakı səbəblərini fransız əsgərlərinə izah etmək məqsədi ilə
bu ziyarəti etdiyi söylənilir.
Hələ də Əfqanıstanda 3350 fransız əsgərləri vəzifələrini yerinə
yetirir. Fransız əsgərləri ölkədəki NATO gücləri arasında beşinci
böyük birlik yerini tutur.
Əfqanıstanda 2001-ci ildən bəri 83 fransız əsgəri öldürülüb.
Əsgərlər əfqan milli ordusunun təhsilinə köməkçi olacaqlar.