"Bəli, Ayan həqiqətən də ana olacaq"
21 Noyabr 2013 11:42 (UTC+04:00)
Gizli ailə həyatı quran Ayan Babakişiyeva tezliklə ana olacaq. Bu
barədə Ayanın ən yaxın rəfiqəsi, xalq artisti Aygün Kazımova öz
İnstagram səhifəsində qeyd edib: "Ayanın gözəlliyini, dürüstlüyünü,
istedadını, yeni və xoşbəxt evliliyini çəkə bilmirsinizsə, ey
həşərat sülaləsi, gedin, dərd çəkin. Bəli, bütün subaylara qismət
olsun. Sevir, sevilir, çox xoşbəxtdir. Tezliklə də ana olacaq.
İnşaallah, sağ-salamat…"
Qeyd edək ki, diva bir neçə dəqiqədən sonra Ayanın hamilə olması
ilə bağlı şərhini silib.
Ancaq Mövqe.az-a Ayan Babakişiyevanın mətbuat katibi Zəminə
Rüstəmova bildirib ki, müğənni həqiqətən də hamilədir: "Bəli, Ayan
həqiqətən də ana olacaq. Yayılan xəbər doğrudur".