Müğənni Xatun şou-biznesdə ən çox bəyəndiyi
ifaçılardan söz açıb.
Axşam.az-ın məlumatına görə, sənətçi "Telemaqazin" verilişinə
müsahibəsində xalq artisti Aygün Kazımovanı ən sanballı müğənni
adlandırıb:
"Bu gün çox müğənnilər özlərini böyük-böyük aparırlar. Baxırsan,
heç bir mahnısı yoxdur, amma danışanda yekə danışır. Elə məşhurlar
da var ki, çox sadədirlər. Məsələn, Günay İbrahimli. Bu yaxınlarda
konsert verdi, çox gözəl ifaçıdır, həm də sadə
qızdır.
Ümumiyyətlə, bu sənətdə ən sanballı ifaçılar Aygün Kazımova, Könül
Kərimova və Xumar Qədimovadır. Bu gün sənətdə yadda qalmaq üçün bir
mahnının məşhur olması kifayətdir. Mən də bir mahnım – "Səndən
ötrü" ilə yadda qalmışam".