Yeni körpünün açılışı olacaq
25 May 2012 16:11 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, metronun "Koroğlu"
stansiyasının yanındakı iri yol kompleksi çərçivəsində tikilən
körpü istismara tam hazırdır. Bu barədə Nəqliyyat Nazirliyindən
bildirilib.
Nazirlikdən deyildiyi kimi, 325 metr uzunluğunda "Böyükşor"
yolayrıcındakı körpü yaxın günlərdə artıq istismara verilə
bilər.
"Körpünün tikintisi üzrə bütün işlər tam başa çatıb. Habelə tikinti
prosesində istifadə olunan köməkçi vasitələrin sökülməsi işləri də
yekunlaşıb. Artıq bugünlərdə körpü istismara veriləcək", -
nazirlikdən bildirilib.