Dövlət Sərhəd Xidmətinin rəis müavini infarktdan ölüb
Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev infarktdan dünyasını dəyişib. Hərbi ekspert Üzeyir Cəfərovun Ans press-ə verdiyi məlumata görə, hadisə generalın öz iş otağında baş verib.
"Halı qəfildən pisləşib, ancaq təcili yardım xidmətinin gəlişinədək o, dünyasını dəyişib", - deyə Üzeyir Cəforov bildirib.
Allah rəhmət eləsin!