Azərbaycanda vəkil qəzada öldü
25 Noyabr 2013 13:59 (UTC+04:00)
Şamaxı rayonunda ağır avtomobil qəzası baş verib,
bir nəfər ölüb, bir nəfər yaralanıb. Rayon polis şöbəsindən ANS
PRESS-in bölgə müxbirinə verilən məlumata görə, hadisə bu gün saat
15:00 radələrində Şamaxı-Göylər yolunda qeydə alınıb. Şirvan şəhər
sakini Rafiq Səmədovun yüksək sürətlə idarə etdiyi 90-KL-362 dövlət
nömrə nişanlı "Azsamand" markalı minik maşını qarşı tərəfdən gələn
"KamAZ" markalı yük maşını ilə toqquşub.
Hadisə nəticəsində minik maşınının sürücüsü Rafiq
Səmədov dünyasını dəyişib. Qəza zamanı yük maşınında olan sərnişin,
55 yaşlı Rahil Yusifov isə müxtəlif bədən xəsarətləri ilə Şamaxı
rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə
yerləşdirilib.
Qeyd edək ki, "Azsamand"ın sürücüsü Rafiq Səmədov
Salyan rayon Hüqüq Məsləhətxanasının vəkili
idi.
Vəziyəti nisbətən yaxşı olan sərnişin Rahil
Yusifov hadisəni belə xatırlayır. "O böyük sürətlə gəlirdi biz
kiçik sürətlə.onun sürəti böyük olduğu üçün kamazın sol tərəfdən
orta mostuna sürətlə çırpıldı.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən
araşdırma aparılır.