Ocaq yerində qəflətən baş verən partlayış fəhlələrdən birinin ölümünə, digərinin ağır yaralanmasına səbəb olub
Göyçay rayonunda baş verən partlayışın təfərrüatları məlum olub. Ans press-in bölgə müxbirinin verdiyi məlumata görə, dəhşətli hadisə Göyçay şəhərinin Heydər Əliyev prospektinin kənarındakı kol-koslu olan boş sahədə olub. Həmin ərazidə 6 nəfər fəhlə təmizlik işləri apararkən topladıqları kol-kosları yandırıblar.
Ocaq yerində qəflətən baş verən partlayış fəhlələrdən birinin ölümünə, digərinin ağır yaralanmasına səbəb olub.
Belə ki, rayonun Şəkər kənd sakini, 26 yaşlı Ağalı Abdullayev ocağa tam yaxın olduğundan partlayış zamanı aldığı ağır bədən xəsarətlərindən elə hadisə yerində dünyasını dəyişib. Onun qardaşı 36 yaşlı Yasər Abdullayev isə ağır bədən xəsarətlərilə qarın və ayaq nahiyəsindən aldığı xəsarətlərlə Göyçay rayon mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirib. Hətta həkimlər rengten müayinəsi zamanı yaralının bədənindən 3 ədəd metal yad cisim aşkar edib. Yaralı dərhal əməliyyat olunub. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirirlir.
"Hazırda yaralı reanimasiya şöbəsindədir. Vəziyyəti ağır olaraq qalır. Həkim nəzarətindədir", - deyə həkim Elman Əliyev bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər. Ərazidə partlayışa səbəb olan maddə hələlik müəyyənləşməyib. Polis şöbəsindən aldığımız məlumta görə, həmin ərazinin sahibi olsa da, istifadəsiz qalmasından dolayı, sakinlər bura müxtəlif məişət tullantıları, şüşə qablar və müxtəlif boya qabları da tullanıb. Həmin tullantılar fəhlələr tərəfindən yandırılıb. Ona görə də, partlayışa səbəb kimi həmin boya qabların yaxud digər qabların olması güman edilir. Lakin bu ehtimaldır. Partlayışın dəqiq səbəbi araşdırılacaq, espertiza rəyindən sonra səbəb bəlli olacaq.
Hazırda faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.