Etna vulkanı fəallaşdı
26 Noyabr 2013 13:00 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Avropanın ən aktiv vulkanlarından olan
İtalyanın Siciliya adasındakı Etna yanardağı, yenidən fəaliyyətə
keçib. Dağın ətəklərindəki qəsəbələrin üzərinə kül və kiçik daş
parçaları yağıb. Bölgədəki bəzi yollar nəqliyyata bağlanıb. Dağın
ətrafındakı hava sahəsi də qısa müddətə uçuşa bağlanılıb. Hadisədə
ölən və ya yaralanan olmayıb, partlayışın diametrinin kiçik olduğu,
ətrafdakı qəsəbə və kəndlərin boşaldılmasına ehtiyac duyulmadığı
bildirilib. Yanardağ, bu il ərzində 16 dəfə fəaliyyətə keçib.