Azərbaycan parlamentinin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

27 Noyabr 2013 13:05 (UTC+04:00)

Azərbaycan Milli Məclisinin növbəti iclasının tarixi və gündəliyi təyin olunub.


Parlamentdən APA-ya verilən məlumata görə, dekabrın 3-də keçiriləcək iclasın gündəliyinə 10 məsələ daxildir.

 

Bunlar təhsil və vergi ilə bağlı qanunvericiliyə bir neçə dəyişiklik, o cümlədən 15 yaşına çatmış şəxslərin fərdi identifikasiya kartının tətbiq olunması və s.-lə bağlı sənədlərdir.