Qadın yataqda həyat yoldaşını məşuqəsi ilə tutduğundan, onun rüşvət videosunu polisə təslim etdi!-ÖZƏL

27 Noyabr 2013 14:54 (UTC+04:00)

Mövqe.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Birliyinə 2004-cü ilə qatılan Polşada bir xəyanət 5 nazirliyin qarışdığı ölkənin ən böyük rüşvət qalmaqalını  ortaya çıxarıb. Polşa hökumətinə bağlı İnformasiya tenderləri dairəsi WSMiA-nın başında olan Andrej M. adlı 40 yaşındakı bürokrat , 2011-ci ildə gənc məşuqəsi ilə yataqda olarkən həyat yoldaşı tərəfindən yaxalanıb.  Bürokrat bu hadisədən qısa bir müddət sonra həyat yoldaşından ayrılaraq Netline texnologiya sahibi olan 32 yaşlı məşuqəsi  Janusza J. ilə birlikdə yaşamağa başlayıb. Ancaq bunu qəbul edə bilməyən bürokrat arvadı , korrupsiyaya qarşı mübarizə bürosuna ( CBA ) müraciət edib. Qadın ərinin 500 milyon dollarlıq rüşvət videosunu polisə təslim edib. Polşada 5 nazirliyin qarışdığı qalmaqalda 38 nəfər həbs olunub. 


On milyonlarla dollar rüşvət aldığı təyin olunan hökumət işçilərinin indi rüşvət alma və vəzifəsdən sui-istifadə etdikləri üçün  12 il həbs istəyi ilə mühakimə olunacağı açıqlandı. IBM , HP kimi beynəlxalq texnologiya nəhənglərinin Polşa hökumətindən tender ala bilmək uğruna bu rüşvət şəbəkəsini maliyyəyə edə bilmək üçün xüsusi fond meydana gətirdikləri da ortaya çıxdı. Hətta müxalifət , baş nazir Donald Tuskın istefasını istəyərək , "Hökumət boğazına qədər rüşvətə batmış vəziyyətdə" deyə reaksiya verdiyi də məlum oldu.  


Bürokratın məşuqəsi də onunla əlbir olduğu üçün həbs olundu. Tenderləri təşkil edən Netline adlı texnologiya şirkətinin başındakı Janusza da həbs olundu. Ayrıca Xarici İşlər Nazirliyində çalışan 32 yaşındakı Monica F. 'nin də rüşvət yolu ilə  özünə lüks ev və avtomobil aldığı təyin olunub.