APA-nın məlumatına görə, dövlət başçısını Vilnüs Beynəlxalq Aeroportunda Litvanın rəsmi şəxsləri qarşılayıblar.
Səfərin məqsədi Vilnüsdə keçiriləcək "Şərq tərəfdaşlığı" üzrə III Sammitdə iştirak etməkdir.
Sammit çərçivəsində Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsinə dair saziş imzalanması nəzərdə tutulur.