Təhminə Bakıda jurnalistlərlə görüşdü - FOTO

26 May 2012 13:37 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, dünən Bakıda səfərdə olan tanınmış Türkiyə aktrisası Meral Konratla jurnalistlərin görüşü keçirilib. "Park Bulvarda" "Araz" radiosunun studiyasında "İmza mən" layihəsinin qonağı olan M.Konrat, "Araz FM"də tanınmış aparıcı Səxavət Nurun təqdimatında "İmza Mən"nin qonağı olub və bu münasibətlə Bakıya gəlib.

M.Konrat jurnalistlərlə görüşündə qeyd etdi ki, Azərbaycanda olmaqdan çox məmnundur və "Eurovision" ərəfəsində Bakıda olmaq onun üçün ikiqat sevincdir. "Mənim iki vətənim var. Biri Azərbaycan, o biri Türkiyə", M.Konrat deyib.

Həmçinin görüş zamanı "Eurovision" mahnı müsabiqəsinin seçim turlarının iştirakçısı Seyran İsmayılxanov da iştirak edirdi. S.İsmayılxanov M.Konratla sözləri və musiqisi özünə məxsus olan yeni mahnı ifa edəcəyini deyib.

Qeyd edək ki, Azərbaycan tamaşaçısı Meral Konratı 1993-cü ildə Azərbaycanlı resjissor Rasim Ocaqovun "Təhminə" filmindən Təhminə rolu ilə tanıyır.

Fuad Mədətov

Movqe.Az




FOTO: Hüseyn Bağırov