Bu gün Daxili İşlər Nazirliyində (DİN) geniş kollegiya iclası keçirilib. APA-nın məlumatına görə, kollegiyada respublikanın bütün şəhər və rayonları üzrə idarə və bölmə rəisləri iştirak ediblər. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun sədrliyi ilə keçirilən kollegiya iclası cinayətkarlıqla mübarizə, vətəndaşların ərizə və şikayətlərinin araşdırılması, gənc kadrların işlə təmin edilməsi və qarşıda duran vəzifələrə həsr olunub.