Rusiyanın paytaxtı Moskvadakı Qırmızı Meydanda açılan Milad sərgisinə şəhər sakinləri böyük maraq göstərib. Movqe.Az xəbər verir ki, Rusiyada dekabr ayının gəlməsiylə Milad və yeni il hazırlıqları həyəcanı da başlayıb. Təxminən 2 min kvadrat metrlik sahəyə 23 ədəd "pəri evi" stendi qurulub. Sərgiyə gələn qonaqlar sərgidə hər cür oyuncaq , yeni il bəzəkləri və həqiqi şam ağacı ala biləcək. Həmçinin, bişmiş kartof , kürülü blinçik , peçenyelər və buna bənzər müxtəlif qış aylarına xas yeməkləri də dadmaq mümkündür . Ziyarətçiləri sərgidə müxtəlif fəaliyyət və əyləncələr də gözləyir. Həm uşaqlar , həm böyüklər ilk dəfə qurulacaq karusellərə minmək imkanına sahib olacaq. Həmçinin, istəyənlər faytona minə biləcək , sehrbazların nümayişlərini izləyə biləcək və həftə sonları sərgiyə gələcək Şaxta baba və nəvəsi Qar qızla şəkil çəkdirmək imkanı tapacaq. Milad sərgisi 19 yanvara qədər davam edəcək. Bütün bu tədbirlərlə yanaşı Qırmızı Meydanda 3 min kvadrat metrlik sahəyə süni buz konkisi və buz təpəsi salınacaq. Hər seansı 2 saat davam edəcək buz konkisi və buz təpəsinin qiyməti 3,7 - 12,2 dollar arasında dəyişir.