Movqe.Az xəbər verir ki, Android 4.3 yenilənməsi, Samsung üçün qorxulu yuxuya çevrilib. İndi isə Samsung, ötən günlərdə geri çəkdiyi yeniləməsini bərpa edərək yenidən istifadəçilərinə təqdim edib. Galaxy S4, S3 və digər Samsung cihazlarına gələn Android 4.3 yenilənməsi, dayanıqlılıq problemlərilə üzləşib. Vəziyyətin pisə getməsi səbəbiylə Samsung, yeniləməsini geri çəkmək məcburiyyətində qalmışdı. İndi isə Samsung, ABŞ və Avropadakı Galaxy S4-lər üçün Android 4.3 yeniləməsini təqdim etməyə başlayıb. Update, hazırda yalnız Kies vasitəsilə yüklənir. Lakin bir neçə gün ərzində böyük ehtimalla Wi-Fi vasitəsilə də istifadə edilə biləcək. Android 4.3-ün gətirdiyi yeniliklər arasında Galaxy Gear dəstəyi, TouchWiz yenilikləri kimi kiçik dəyişikliklər var.