Yeni ildə neçə gün evdəyik?
2 Dekabr 2013 17:23 (UTC+04:00)
"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni
il bayramı münasibəti ilə ölkəmizdə dekabrın 31-i, eyni zamanda
yanvarın 1-i və 2-si qeyri-iş günləridir".
Bunu Xezerxeber.com-a açıqlamasında Nazirlər
Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.
Əhalinin əksəriyyəti Yeni ili öz yaxınlarının
əhatəsində qeyd etməyə üstünlük verir. Lakin bayram günlərində
xaricə üz tutanlar da yetərincədir. Onlar turizm şirkətlərinin hələ
bir ay öncədən başlatdığı ucuz səyahət kampaniyadan yararlanaraq,
Azərbaycandan kənara çıxmaq istəyirlər. Bu səbəbdən, həmin şəxslər
qeyri-iş günlərinin neçə gün davam edəcəyini daha erkən
bilməlidirlər.
Təqvimə əsasən, dekabrın 29-u bazar gününə
(qeyri-iş günü), 30-u isə bazar ertəsinə təsadüf edir. Həmin
günlərdə dəyişiklik edilərək, 30 dekabrın 28 dekabra, cümə gününə
təsadüf edən 3 yanvarın 5 yanvara keçirilmə ehtimalı var. Bu zaman
bir həftə, yəni 29 dekabr – 4 yanvar aralığı qeyri-iş günü
sayılacaq.
Amma A. Əli hələlik bu məsələyə dair qərarın qəbul
edilmədiyini bildirib. O, hər şeyə yaxın günlərdə aydınlıq
gələcəyini söyləyib.