Marşurutlar gediş haqqını 40 qəpiyə qaldırdı - VİDEO

4 Dekabr 2013 13:00 (UTC+04:00)

Gecəboyu paytaxtın müxtəlif istiqamətlərindəki yanacaqdoldurma məntəqələrinin qarşısında eyni mənzərə müşahidə olunurdu. Heç kim benzini köhnə qiymətə satmaq istəmirdi. 

Qaynar.info anspress-ə istinadən xəbər verir ki, amma çox keçmədi ki, məntəqələr yanacağısürücülərə yeni tariflərlə təklif etməyə başladılar. Gecə yanacaqdoldurma məntəqələrinin lövhələrində artan, benzinin qiyməti yazılmasa da gün ərzində problem həllini tapdı. Bütün məntəqələrdə benzinin satış qiyməti yeni tariflərə uyğunlaşdırıldı.

Gözlənilmədən qalxan benzinin qiyməti bu gün şəhəriçi avtobuslarda qiymət artması ilə müşahidə olundu. 20 qəpik olan marşurutların bəziləri gediş haqqını 40 qəpiyə qaldırmışdı.


Nəqliyyat Nazirliyi isə avtobuslarda qiymətin süni şəkildə artırıldığını bildirərək sərnişinləri gediş haqqını əvvəlki qayda ilə ödəməyə çağırır.