Taylandda etirazlar səngiməyə başlayır
4 Dekabr 2013 16:06 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, keçən həftədən bu yana Tayland hökumətini
istefaya çağıran və paytaxt Bangkok küçələrini döyüş sahəsinə
çevirən etirazçılar, ötən gün qarşısına barrikada qurulan baş
nazirlik binasına daxil olub. Barrikadaların dünən polis tərəfindən
qaldırılmasıyla bağçada nümayiş edən Baş nazir Yinglak Şinavatra
əleyhdarları, qısa müddət sonra binanı tərk edib. Günlərdir polislə
müxalifət arasında qarşıdurmaların yaşandığı nümayişlər bu dəfə
sakit sonlandı. .