Azərbaycanlı müğənni: "Röya mənim bekvokalçım olub"-VİDEO
4 Dekabr 2013 15:14 (UTC+04:00)
Bəstəkar müğənni Rəhim Rəhimli şou-biznesdə olan dostluqlar barədə
danışıb. Mövqe.az-ın məlumatına görə "Onlar" verlişinə açıqlama
verən müğənni Şou-biznesdə dost yoxdur deyən insanlara sərt ismarış
yollayıb: " Şou-biznesdə dost yoxdur deyən insanın heç həyatda da
dostu yoxdur. Ancaq bədbəxt, yalnız insanlar deyə bilər ki, mənim
dostum yoxdur, mən heç kəsə güvənmirəm. Mənim pulum dostumdur,
cibimdir deyənlərə də normal baxmıram. Ona qalsa mənim pulum da
var, ad-sanım da...İnsanın özündən aslıdır. Əgər sən düzgün
olarsansa qarşına elələri çıxar. Mənim şou-biznesdə kifayət qədər
dostlarım var. Xanım ifaçılardan Röya Ayxanla uzun illərdir dostam.
O, xanım mənim bir zəngimlə studiyaya gəlib və mənim bek-vokalımı
oxuyub. Şou-biznesdə də dost var".