Həyat yoldaşı onu 550 pişiyə görə boşadı

28 May 2012 14:08 (UTC+04:00)

İsrailli ailə pişiklərə görə ayrıldı. Keçən həftə onların yaşadığı mənzildə pişiklərin sayı 550-ni keçib.

Azad adlı şəxs həyat yoldaşından boşanarkən, qeyd edib ki, pişiklər ona axşamlar yatmaqa belə mane olur: "Mən yemək yeyə bilmirdim, çünki masa arxasına oturarkən, pişiklər mənim boşqabımdan yeməkləri oğurlayırlar. Vanna otağına belə artıq girmək mümkün deyil".

Bu qədər pişiklə ev xanımının necə yaşayacağı məlum deyil. Lakin ortaya "ya pişiklər yada həyat yoldaşı" sualı gələndə, o, pişikləri seçdi.

Türkan Nadirqızı

Movqe.Az