Sabirabad rayonunun 2 kəndində 871 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Sabirabad rayonunun daha 2 kəndinə təbii qaz verilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) saytında verilən məlumata görə, dekabrın 5-də Sabirabad rayonunun daha 2 kəndinə təbii qazın verilməsi münasibəti ilə mərasimlər keçirilib.
Mərasimdə bildirilib ki, ümumilikdə 871 abonenti olan Qaratəpə və Qaralar kəndlərinə təbii qazın verilməsi məqsədi ilə birpilləli sistem əsasında 112,9 kilometr uzunluğunda polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. 871 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.