44800 kapsula qanunsuz dərman preparatı aşkarlandı

7 Dekabr 2013 12:20 (UTC+04:00)
Ölkəyə qanunsuz yolla gətirilmiş dərman preparatları aşkarlanıb. Movqe.az-ın Dövlət Gömrük Komitəsinin saytına itsinadən verdiyi məlumata görə, Aksiz Gömrük İdarəsinin və DGK Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat idarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri keçiriblər. Nəticədə Bakı şəhəri, "Azadlıq" metrostansiyası yaxınlığında Azərbaycan Respublikasının vətəndaşı 1959-cu il təvəllüdlü, Masallı rayonu, Boradigah qəsəbə sakini Musayev Malik Mirzə oğlundan Azərbaycan Respublikasının ərazisinə qanunsuz yolla gətirilmiş dərman preparatları aşkarlanıb. 2 ədəd karton yeşikdə hər birində 10 kapsula olmaqla 4480 konvalyut (ümumi sayı 44800 kapsula) dərman preparatları aşkar edildikdən sonra götürülüb.