Təqsiri Osmanlıda gördülər!

29 May 2012 13:09 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Avrozonadakı maliyyə nazirlərini görüşdürən "Avro Group"un rəhbəri və Lüksemburq Baş naziri Jan-Kaude Junker, Yunanıstandakı büdcə böhranının səbəbi kimi Osmanlı İmperatorluğunu göstərib və bu iddia qarışıqlıq yaradıb.

Dünya liderlərinin reportajlarına yer verən nüfuzlu fransız siyasət jurnalı "Politique Internationale"yə müsahibə verən Junker, Yunanıstandakı böhranı qiymətləndirərkən "Osmanlıdan qalma struktur problemləri"nə toxunub.

Büdcə kəsilirlərinin tərəfdarı olan Junker, Yunanıstanda inkişaf siyasətini həyata keçirməyin çətinliyindən bəhs edərkən belə deyib: "Yunan iqtisadiyyatının rəqabət mənasında çox vaxt itirdiyini və infrastrukturunun Fransa və Almaniyaya görə az inkişaf etdiyini bilmək lazımdır. Yunanıstandakı vəziyyəti bütünlüyün daxilində qiymətləndirmək lazımdır. Yunanlılar böyük bir xalqdır, amma çox zəif bir millətdir. Yunan dostlarımızı gücəndirmək istəmərəm, amma ortada bir həqiqət var. "Osmanlı işğalı"ndan miras qalan vergi idarəsi işləmir, kadastr və ticarət qeydləri doğru-düzgun aparılmır. Belə bir əskikliklərin mövcud olduğu ölkədə özəlləşdirmə necə aparıla bilər? Onları nizama salmaq illər apara bilər. Portuqaliya və İspaniya üçün daha çox narahat oluram. Bu iki ölkə də çətin durumdadır, lakin orada islahatları reallaşdırmaq üçün ortaq bir siyasi razılıq var və administrativ baxımdan dövlət çox daha güclüdür."