“Eurovision-2012” ərəfəsində Azərbaycanda etiraz çağırışları etməkdə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

9 Dekabr 2013 16:08 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda etiraz çağırışları etməkdə və digər cinayətlərdə təqsirləndirilən "Azadxeber.org" saytının baş redaktoru Nicat Əliyev və digər 9 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Nicat Əliyev 10 il , Elvin Nəsirov 9 il, Ceyhun Səfərli 9 il, digər şəxslər isə 8 ildən 4 ilə qədər azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda etiraz çağırışları etməkdə, milli , dini, irqi ayrıseçkilik salan ədəbiyyatı yaymaqda, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda və digər cinayətlərdə təqsirləndirilən şəxslər həbs olunublar.