Mövqe.az-ın məlumatına görə, Türkiyəli müğənni Kənan Doğulu Azərbaycan konserti zamanı Beren Saatla toy və evlilik planlarından da danışıb. Müğənni hətta əkiz körpə istədiyini də söyləyib. Bakıda konsert verən Kənan Doğulu, sevgilisi Beren Saatın onla birlikdə gələ bilməməsi səbəblərini də açıqlayıb:
"Berenin çəkilişləri vardı, ona görə gələ bilmədi. Sevgi məsələlərini açıq danışmaq istəmirəm. Dəqiq toy tarixinə isə ailə daxilində qərar verəcəyik. Tezliklə ata olmağı çox istəyirəm. Qız ya da oğlan fərq etməz. Hətta əkiz uşaqlarımızın olmasını da istəyirəm".