Son zamanlar miqrasiya siyasətini sərtləşdirən Rusiya gəlmələrlə bağlı qanunvericiliyə daha bir yeni dəyişik etməyə hazırlaşır. Belə ki, bundan sonra Federasiya ərazisinə daxil olan miqrantlar sığortalanacaqlar. Sığortalanmış miqrant deportasiya olunarsa, onun deportasiya xərcini həmin sığorta şitkəri ödəyəcək. Hələlik bu xərc dövlətin üzərinə düşür. Nəzərə də alsaq ki, il ərzində Rusiyadan kifayət qədər miqrant deportasiya olunur. Bu isə dövləti müyyən qədər vəsait xərcləməyə məcbur edir. Ekspertlərin fikrincə, müvafiq qanun bizim ölkə üçün də məqbul hesab edilə bilər.
Miqrasiya məsələləsi üzrə ekspert Azər Allahverənov bildirdi ki, bu, çox gözəl düşünülmüş bir addımdır: "Çünki, bu gün Rusiyada kifayət qədər qeyri-qanuni miqrant var. Onlar aşkar olunduqda birmənalı olaraq deportasiya olunur. Bu, ölkəmizdə də belədir. Sadəcə olaraq, miqrantın öz ölkəisnə sığorta şirkəti hesabına deportasiya olunması bilavasitə qanuni miqrantlara aid edilən məsələdir. Ölkə ərazisinə daxil olan miqrant qanuni şəkildə gəlirsə, deportasiya olunarkən onun xərci sığorta şirkətinin üzərində öhdəlik olaraq qalır. Burada sığorta şəhadətnaməsini miqrantla yox, miqranta iş verən qurumla bağlanması məsələsi var. Bu mexanizm Azərbaycan üçün də çox məqbuldur. Nəzərə alaq ki, Azərbaycan Rusiya deyil. Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan miqrantlar Rusiyada əmək fəaliyyəti ilə məşğul olan miqrantlar kimi çox qazanc əldə edə bilmirlər. Yəni, Rusiyada ən azında əmək fəaliyyəti ilə məşğul olan miqrantlar yaxşı vəsait əldə edə bilir. Qeyri-qanuni miqrant aşkar olunduqda elə onun öz pulu hesabına öz ölkəsinə göndərilir. Amma Azərbaycanda olan miqrantlar daha çox inkişafda olan ölkələrdəndir. Onların da maliyyə imkanları elə də olmur ki, ən azından təyyarə pulunu ödəsinlər. Nəticə etibarı ilə bu vəsait Dövlət Miqrasiya Xidmətinin üzərində qalır. Yəni, əksər hallarda Azərbaycanda deportasiya prosesi dövlətin hesabına baş verir. O baxımdan mexanizmin ideya olaraq Azərbaycanda tətbiqi mümkünür. Amma elə düşünmək lazımdır ki, qanun eyni zamanda qeyri-qanuni miqrantları da əhatə edə bilsin. Qeyri-qanuni miqrantların sığorta olunma mexanizmini təkmil şəkildə işləmək lazımdır. Həmin ideyanı bizim reallığa uyğun olarq etsələr, çox müsbət hal ola bilər. Nəticə etibarı ilə dövlət kifayət qədər vəsaitni miqratın deportasiya olunmasına xərclənməz. Hazırda Dövlət Miqrasiya Xidməti (DMX) cərimələr fondunun hesabına hansısa miqrantı deportasiya edir. Bu isə həm dövlət büdcəsinə ziyan verir, həm də prosesin özü bir neçə mərhələdən ibarətdir. Yəni, bu və ya digər mərhələdə tək DMX yox, digər qurumların prosesə cəlb edilməsini tələb edir. Bütün bunların hamısı həmin sığorta polisi vasitəsi ilə müəyyən qədər öz həllini tapa bilər. O zaman proseslər bir neçə mərhələli olmayacaq. Bir növ əməkçi miqrantı işə cəlb edən işverən qurumun maraqlarına da cavab verən addım olar. Çünki, burada ən azından məsuliyyəti həmin sığorta şirkəti daşıyacaq. Amma burada sığorta şirkətlərini prosesə maraqlandırmaq məsələsi var. Çünki, elə etmək lazımdır ki, qanun həm də qeyri-qanuni miqrantlara aid olsun. Bu kimi halları əhatə edən mexanizm tam işlənməlidir. Burada hansı sığorta şirkətinin bu işləri həyata keçirəcəyi məsələlər də var. Məsələn, əlində sığorta şəhadətnaməsi olan miqrant daxil olursa, həmin sığorta şirkətinin Azərbaycanda hansı öhdəliyi var? Hansı zəmanət var ki, həmin vəsaitləri ödəyəcək? Bu məsələlər sona qədər işlənilməlidir".