Xatırladaq ki, bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Bakıda fəaliyyət göstərən tibbi klinikalardan birinin rəhbəri polisə müraciət edərək, teleaparıcı Elçin Əlibəylinin klinikanı televiziyada reklam edəcəyi adı ilə ondan 34 min manat aldığını, lakin vədinə əməl etmədiyini bildirib. Bundan sonra klinika rəhbəri pulu geri istəsə də, qaytarmayıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfində təhqiqat araşdırması aparılıb.
Araşdırma nəticəsində E. Əlibəylinin əməlində dələduzluq faktı aşkarlandığından iş baxılması üçün istintaqa verilib.