Ketrin Eşton: “Mən məyusam”
11 Dekabr 2013 10:58 (UTC+04:00)
Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali
komissarı Ketron Eşton Kiyevdə nümayişçilərə qarşı güc tətbiq
edilməsi faktından məyusluğunu bildirib.Mövqe.az-ın "rbc.ua"
saytına istinadən verdiyi məlumata görə, K.Eşton hazırda Kiyevdə
olduğunu söyləyib: "Mən hələ Kiyevdəyəm. Axşam meydanda idim və
ölkənin Avropa perspektivi uğrunda mübarizə aparan insanların
qətiyyəti məni heyrətləndirdi. İndi, üstündən bir neçə saat
keçdikdən sonra, mən kədərlə müşahidə edirəm ki, milis dinc
insanları Kiyevin mərkəzindən yığışdırmaq üçün güc tətbiq edir.
Hakimiyyət cəmiyyətlə milisin köməyi ilə təmasa başlamaq üçün
gecənin örtüyündən istifadə etməməliydi"