Ukraynanın paytaxtı Kiyevdə etirazlar bütün şiddətiylə davam edir. Bu haqda Movqe.Az BBc-yə istinadən xəbər verir. Bələdiyyə binası qarşısında polis və etirazçılar arasında qarşıdurmalar olub. Gec toqquşmalar daha da artıb və polis Mütəqlillik Meydanındakı çadırlara doğru hücum edib. Etirazçılar həmrəy olaraq polisə cavab verib. Xatırladaq ki, hökümətin Avropa birliyi ilə olan ticarət müqaviləsini imzalamaması böyük küçə nümayişlərinə səbəb olmuşdu. Etirazçılar polisin ətrafını sararaq şüarlar deməyə başlayıb və Kanal 5 bunu canlı olaraq yayımlayıb. Etirazçılar müğənni Ruslananın "bizi incitməyin" şüarını söyləməyə başlayıb. Prezident Yanukoviç isə bazar ertəsi Avropa Birliyi ilə danışıqlara yenidən başlayamaq üçün Brüsselə gedəcəyini deyib.