Rusiya Mərkəzi Bankı rublun qrafik təsvirini təsdiqləyib
Mövqe.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Bankın sədri Elvira Nabiullina deyib.
Rusiya rublunun simvolunun seçilməsi üçün 5 noyabr-5 dekabr tarixində Mərkəzi Bankın saytında ictimai müzakirə keçirilib. Vətəndaşlara beş variantdan birini bəyənmək təklif olunub. Müzakirələrdə iştirak edən 280 nəfərin 61%-i üfüqi xətli P hərfini bəyənib. Respondentlərin 8%-i bütün təklif olunan variantların əleyhinə səs verib.