Boşanan teleaparıcı Azər İsmayılov: "Qanunla uşağı görmə hüququ aldım"-ÖZƏL

11 Dekabr 2013 14:33 (UTC+04:00)

Bir müddət öncə ayrılan tanınmış teleaparıcılar Azər və həyat yoldaşı Vüsalə İsmayılovların barışıq xəbəri yalan çıxıb.


Movqe.az-a açıqlama verən Azər artıq məhkəməyə müraciət etdiyini deyib:


"Münasibətlərimiz düzəlmədi, barışmamışıq. Qızımı 6 aydır görmürdüm. Uşağı mənə göstərmirdi. Çox darıxırdım. Heç cür anlaşa bilmədik. O, insan mənə maraqlı deyil, ilgilənmirəm. Və mən bununla reklam olunmaq istəmirəm. Tək uşağıma görə, məhkəməyə müraciət etdim. Məhkəmə hökm çıxarıb. Uşağımı dekabr ayının sonuna kimi görəcəm.  Nəhayət ki, qanunla uşağı görmə hüququ aldım. Bu mənim hüququmdur. Bundan da istifadə etdim".