Müdafiə Nazirliyinin bölmə rəisi Eldar Sabiroğlu Silahlı Qüvvələrdən təxris olundu
11 Dekabr 2013 19:27 (UTC+04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi,
polkovnik Eldar Sabiroğlu Silahlı Qüvvələrdən təxris olunub.
APA-nın məlumatına görə, bu barədə müdafiə naziri,
general-polkovnik Zakir Həsənov əmr imzalayıb. Eldar Sabiroğlu
müdafiə naziri Zakir Həsənovun müvafiq əmri ilə ordu sıralarından
təxris olunması barədə xəbəri təsdiqləyib.
Qeyd edək ki, bu ilin oktyabrında Eldar Sabiroğlu
raportda müdafiə naziri, general-polkovnik Zakir Həsənovdan Silahlı
Qüvvələrdən təxris olunmasını xahiş edib və məzuniyyətə çıxıb.
Məzuniyyəti başa çatan kimi o ordu sıralarından təxris
edilib.
Bununla bağlı danışan Eldar Sabiroğlu bunun normal
hal olduğunu deyib: "Mən buna təbii baxıram. Təxminən yeddi ilə
yaxın ordu həyatım mənim üçün bir məktəb oldu. Bu gün öz istəyimlə
hörmətli müdafiə nazirinə raportla müraciət edərək Silahlı
Qüvvələrdən təxris olunmağım barədə sərəncam verməsini ondan xahiş
etmişəm. Mən özümü Vətənimin, ulu öndər Heydər Əliyevin və Ali Baş
Komandanım, cənab İlham Əliyevin əsgəri hesab edir və bundan fəxr
duyuram. Müdafiə Nazirliyinin fəaliyyətinə də uğurlar
arzulayıram".