Azərbaycan Ordusunun hərbçisi minaya düşüb

12 Dekabr 2013 11:14 (UTC+04:00)

Azərbaycan Ordusunun hərbçisi minaya düşüb.

Hadisə cəbhə bölgəsində qeydə alınıb.

Müdafiə Nazirliyinin cəbhə xəttində yerləşən "N" saylı hərbi hissəsinin əsgəri, 18 yaşlı Cəfərov Nizaməddin Niyazi oğlu minaya düşərək ağır yaralanıb. Yaralı hərbçi hospitala yerləşdirilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

 

Qeyd edək ki, N. Cəfərov Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılıb.