ABŞ hökuməti Ukraynaya qarşı sanksiyalar tətbiq edə bilər. "RİA Novosti"nin məlumatına görə, bunu jurnalistlərə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki deyib.
"Bütün addımlar nəzərdən keçirilir, o cümlədən sanksiyalar. Lakin hələlik qiymətləndirmə yekunlaşmayıb, qərarlar qəbul olunmayıb", - deyə o vurğulayıb.
Psaki qeyd edib ki, Ukraynanın Avropaya inteqrasiya yolu ilə getməyə hələlik imkanı var.