UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub

12 Dekabr 2013 12:03 (UTC+04:00)

UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub.APA-nın Apasport.az saytına istinadən verdiyi məlumata görə, E, F, G və H qruplarında VI turun oyunları baş tutub.

H qrupunun lideri "Barselona" öz meydanında "Seltik"i sınağa çəkib. Kataloniyalılar ilk oyunda minimal hesabla üstələdikləri rəqibi bu dəfə 6 qolla darmadağın ediblər. Qrupdakı digər qarşılaşmada isə "Milan" öz azarkeşləri qarşısında "Ayaks"ı qəbul edib. İtalyanlar meydandan qolsuz bərabərliklə ayrılsalar da, növbəti mərhələyə vəsiqəni təmin edə biliblər.

Bu görüşlərdən sonra 1/8 finala yüksələn komandalar bəlli olub: "Barselona", "Atletiko", "Milan", "Zenit", "Borussiya", "Şalke", "Arsenal" və "Çelsi".


E qrupu

"Çelsi" (İngiltərə) - "Styaua" (Rumıniya)1:0
Giorgievski, 10 (avtoqol)

"Şalke" (Almaniya) - "Bazel" (İsveçrə)- 2:0
Draksler, 51, Matip, 57


F qrupu

"Napoli" (İtaliya) - "Arsenal" (İngiltərə)2:0
İquain, 73, Kalleyon, 90

"Marsel" (Fransa) - "Borussiya" (Dortmund, Almaniya)1:2
Diavara, 14 - Levandovski, 4, Qrossqreuts, 87



G qrupu

"Austriya" (Avstriya) - "Zenit" (Rusiya)4:1
Hosiner, 44, 51, Tomas, 48, Kyenast, 90 - Kerjakov, 35

"Atletiko" (İspaniya) - "Porto" (Portuqaliya)2:0
Qarsiya, 14, Dieqo Kosta, 37


H qrupu

"Milan" (İtaliya) - "Ayaks" (Hollandiya)0:0

"Barselona" (İspaniya) - "Seltik" (Şotlandiya)6:1
Pike, 7, Pedro, 40, Neymar, 44, 48, 58, Tello, 72 - Samaras, 88