Con Kerri Ermənistana səfər edəcək

12 Dekabr 2013 13:11 (UTC+04:00)

ABŞ dövlət katibi Con Kerri Ermənistana səfər edəcək.

APA-nın "Aykakan jamanak" qəzetinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Ermənistandakı səfiri Con Heffern deyib. C. Kerri Ermənistan prezidenti Serj Sarkisyana və xarici işlər naziri Edvard Nalbandyana 2014-cü ildə Ermənistana səfər edəcəyinə dair söz verib. O bildirib ki, hazırda ABŞ Ermənistanla tərəfdaşlığa stimul vermək və əlaqələri dərinləşdirmək istəyir.