Dəm qazından boğulanların statistikası açıqlandı

12 Dekabr 2013 14:00 (UTC+04:00)
Paytaxtda havaların soyması dəm qazı ilə boğulma ilə bağlı müraciətləri artırıb. Bu məlumatı Movqe.az-a Bakı Şəhər Təcili Təxirəsalınmaz Yardım Stansiyasının (TTTYS) operativ şöbəsinin böyük həkimi  Zemfira Vahidova verib. Z. Vahidovanın sözlərinə görə, TTTY-ə dekabr ayı başlayandan dəm qazından boğulma hadisəsi ilə bağlı 157 müraciət daxil olub: " Müraciət edənlərin 157-nin vəziyyəti ağır olub.  Dəm qazınndan boğulma ilə bağlı ay başlayandan 3 ölüm halı qeydə alınıb".

Z. Vahidova deyib ki, bu statistika havalar soyduqca daha da artır.