"Kurtlar Vadisi" serialında canlandırdığı "Muro" obrazı ilə məşhurlaşan və hal-hazırda "Mərhəmət" serialında "Sermet Karayel" rolu ilə yenidən tamaşaçı qarşısına çıxan Mustafa Üstündağ ata olub. Mövqe.az-ın Türk mediasına istinadən verdiyi məlumata görə, məşhur aktyorun üç il əvvəl evləndiyi Ecem Özkaya ötən gün bir oğlan uşağı dünyaya gətirib. Oğullarına Ahmet Kaan adını verən cütlüyü xəstəxanada ziyarət edənlər olub. Xəstəxanada onları ziyarət edən ilk məşhur isə Bülent Şakrak olub.