İngiltərə karbon yığacaq

4 Aprel 2012 19:05 (UTC+04:00)
İngiltərə hökuməti elektrik stansiyalarının ətrafa daha az zərər verməsini təmin etmək məqsədilə yeni bir cəhdə başlayıb.

Bir milyard sterlinq büdcə ayrılaraq karbondioksidin atmosferə yayılmasının qarşısını almaq məqsədilə "karbonun toplanıb basdırılması" nəzərdə tutulur.

Şirkətlərin bu məsələ ilə bağlı böyük layihələri maliyyə ilə təmin edəcəyi bildirilir.

Daha əvvəl də eyni məsələ ilə bağlı keçirilən iclas, xərcin yüksək olduğuna görə iştirakçıların geri çəkilməsi nəticəsində müvəffəqiyyətsizliklə nəticələnib.

"Karbonu yığmaq"

Layihə, İngiltərə hökumətinin karbonu azaltma strategiyasının bir hissəsi kimi yarandı.

Bu məqsədlə inkşaf etdiriləcək texnologiya karbondioksidin atmosferə qarışmasının qarşısını almaq üçün nəzərdə tutulub.

Toplanan qaz, borular vasitəsilə Şimal dənizdəki köhnə neft yataqlarında uzun dövrlü yığma sahələrinə nasosla vurulacaq.

Bununla da, kömür daxil olmaqla mövcud olan yanacaqlar, karbondioksidin yayılması qorxusu olmadan elektrik stansiyalarında yandırıla biləcək.

İngilis firmalarının belə bir texnologiyanı inkişaf etdirməsi ümidilə, karbonu azalmaq üçün Çin və Hindistanda tapıla bilən çox sayda kömürlə işləyən stansiyaya tətbiq olunması nəzərdə tutulub.