Viktoriya Bekhem nərdivanda da modanı unutmur

13 Dekabr 2013 14:21 (UTC+04:00)

Dünyanın ən məşhur futbolçularından biri Devid Bekhemin xanıımViktoriya Bekhem evində Milad bayramı ərəfəsində yolka bəzəyib.


Moda aləminin tanınmış simalarından birinə çevrilən, dizaynerliklə məşğul olan Viktoriya Bekhem evdə də dikbadan ayaqqabılarda gəzdiyindən, yolkanı bəzəyəndə nərdivana elə bu halda çıxıb.


Ekspertlər isə belə davranışı çox təhlükəli, riskli sayıblar.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 5 sm-lik dabanları olan ayaqqabılarda nərdivana çıxan Viktoriya Bekhem barədə yazan media "Ehtiyatlı ol, Viktoriya - yıxıla bilərsən" başlıqlarından yararlanıblar.