Çində küçə iti 1700 kilometr məsafə qaçıb - Video

29 May 2012 21:11 (UTC+04:00)

Movqe.Az BBC-yə istinadən Xiaosa ləqəbli itin velosipedçilərin ardınca 1700 kilometr məsafə qaçdığını bildirir.  

Xiaosa ləqəbli it velosipedçilər ona yemək verdikdən sonra onlara qoşulub.

İt velosipedçilərlə birlikdə 20 gün qaçıb, gündə 60 kilometr məsafə qət edib və 12 dağ aşıb.

Velosipedçilərdən biri Xiao Yong itin macəraları haqda bloqunda yazıb. Xiaosa yarışın sonunadək 40 minə yaxın azarkeş toplayıb.

Yong indi Xiaosaya sahiblənmək haqqında düşünür.

 

Türkan Nadirqızı

Movqe.Az