Obama özünü belə müdafiə etdi

13 Dekabr 2013 17:17 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Danimarka baş naziri, ABŞ prezidenti Barak Obama və İngiltərə Baş naziri Deyvid Kameron ilə Mandelanın anma mərasimində çəkdikləri fotoşəkili müdafiə edib. Berlingske qəzetinə danışan Baş nazir Helle Thorning-Schmidt, "Sadecə əyləndiklərini" deyərək, xatırlama mərasimində belə bir fotoşəkil çəkdirməyin əlverişsiz olmadığını iddia edib. Thorning-Schmidt, "O gün bir çox fotoşəkil çəkilib. Bu fotoşəkil də sadecə əyləncə olsun deyə çəkilib. O fotoşəkilin, dövlət və hökumət başçılarının da əylənməyi sevən insanlar olduğunu göstərən bir şey olduğunu düşünürəm" deyib.

Baş nazir, həmçinin bunları deyib: "Təbii ki, oradakı atmosferdə bir hüzn vardı, lakin eyni zamanda, 95 il yaşamış və bir çox şeyi bacarmış bir insanın həyatının qeyd olunduğu bayram havasında bir fəaliyyət olub. Tribunalardakı insanlar rəqs edirdi. Biz də əyləncəli bir fotoşəkil çəkdik."