BMT-nin İctimai İnformasiya Departamentinin
Azərbaycandakı ofisindən Trend-ə verilən
məlumata görə, BMT-nin Azərbaycandakı nümayəndəliyi Cənubi Afrika
Respublikasının lideri N.Mandelanın vəfatını anmaq üçün BMT
bayrağını endirib.
Qeyd edək ki, CAR-ın sabiq prezidenti və Nobel sülh mükafatı
laureatı, 95 yaşlı N.Mandela uzun sürən xəstəlikdən sonra dekabrın
5-də Yohannesburqdakı evində vəfat edib.
Xatırladaq ki, N.Mandela 1918-ci ildə CAR-da dünyaya gəlib. Mandela
Afrika Milli Konqresinin (AMK) Gənclər Liqasının üzvü olub və irqi
ayrı-seçkiliklə mübarizə aparıb. 1966-cı ildə həbs olunub və
ömürlük məhkum edilib. 1993-cü ildə Nobel sülh mükafatına layiq
görülüb. 1994-cü ildə CAR-ın ilk qaradərili prezidenti
seçilib.