Müəllimlərin XIV Qurultayında qətnamə qəbul olundu
14 Dekabr 2013 16:00 (UTC+04:00)
Azərbaycan Müəllimlərinin XIV Qurultayında qətnamə
qəbul olunub. ANS PRESS-in məlumatına görə, qətnaməni Təhsil
Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdir müavini Əsgər
Quliyev oxuyub.
Qətnamədə bildirilir ki, təhsilin
maliyyələşdirilməsinin yeni mexanizmi ilə bağlı Dövlət
Strategiyasında yer alan alan müddəalar yeni maliyyələşmə
mexanizminin yaranmasına imkan verəcək, Azərbaycanın dünya
dövlətləri arasında layiqli yer tutmasını təmin
edəcək.
Qətnamədə həmçinin qeyd olunub ki, aparılacaq
islahatlar innovativ metodları tətbiq edən, səriştəli təhsilverənin
formalaşmasına, müəllimin nüfuzunun yüksəlməsinə cavab verəcək.
Dövlət-biznes əməkdaşlığına əsaslanan təhsildə yeni idarəetmə
sisteminin formalaşdırılması Azərbaycan təhsilinin Avropa
standartlarına uyğunlaşmasına kömək edəcək.
Sənəddə qeyd olunur ki, hazırda əsas məqsəd
biliklərə əsaslanan iqtisadiyyat quruculuğunda insan kapitalını önə
çəkməkdir. "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə
Dövlət Strategiyası" təhsilin məzmunca yeniləşdirilməsinə, milli
ənənələrə, modernləşmə meyillərinə tam uyğun olan şəxsiyyət yönümlü
təhsil sisteminin formalaşdırılmasına
yönəlib.
Qurultay iştirakçıları prezident İlham Əliyevi
seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib, həyata
keçirilən daxili və xarici siyasəti
dəstəkləyiblər.