Həbsxanaya şorba qabında narkotika keçirdilər (FOTO)
14 Dekabr 2013 22:13 (UTC+04:00)
Penitensiar Xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat
aparatları tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların
keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən
məlumata görə, dekabrın 14-də həyata keçirilmiş əməliyyat-axtarış
tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan
1974-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
177.2.1; 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək
həbs edilmiş Qurban Cəmil oğlu Abdullayevə qohumu vətəndaş Rəsul
Famil oğlu Əsədovun gətirdiyi sovqata baxış keçirilərkən, üzərinə
"Biq Lanç"sözləri yazılmış qurudulmuş şorba qabının içərisində 1
ədəd sellofan bükümdə xalis çəkisi 0,654 qram olan narkotik maddə -
tiryək və 1 ədəd sellofan bükümdə xalis çəkisi 2,94 qram olan
narkotik maddə - marixuana aşkar edilərək götürülüb.