Faiq Ağayev:"Aramızda olan mənasız qarşıdurmaya son qoydum!"

16 Dekabr 2013 10:45 (UTC+04:00)

Movqe.az xəbər verir ki,  bu sözləri xalq artisti Faiq Ağayev prodüser Tolik ilə barışması haqda mətbuata verdiyi açıqlamada bildirib: 

"Son zamanlar bəzi mətbu orqanlarında barəmdə ardıcıl olaraq çirkin məlumatlar yer alırdı. Məsələnin şəxsi olmasını və dəyərli mətbuat nümayəndələrinin israrlı istəklərini nəzərə alaraq, mövzuya münasibət bildirmək məcburiyyətindəyəm. Təqribən yarım il ərzində prodüser Tolik, tam səbəbsiz və əsassız olaraq, ünvanıma xoşagəlməz fikirlər bildirməkdə idi. Dərclərin miqyası artdıqda, məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb, hərəkətlərinə rəsmi izah gətirməsini istədim. Məlum oldu ki, Tolik bu hərəkətləri ətrafında dolaşan bədxahların yalan sözlərinə inanaraq, onların təhriki nəticəsində edib. Bu həqiqət ortaya çıxdıqdan sonra Tolik etdiklərindən təəssüflənib, məndən üzr istədi. Onun bu səmimi, cəsarətli addımını dəyərləndirib, üzrxahlığını qəbul edib, aramızda olan mənasız qarşıdurmaya son qoydum".