Gənc olmasına baxmayaraq çox istedadlı fotomodel, professional təşkilatçı kimi fəaliyyət göstərən Aqil Məmiyevin Mövqe.az saytına eksklüziv müsahibəsi:
1.Özünüzü təqdim edin
Hal-hazırda "High Life Fashion & Model Academy"nin baş direktoru vəzifəsində çalışıram. "Moda Plus"- feyşn moda dərgisinin təsisçisiyəm.Əlavə olaraq təşkilatçılıq və prodüserliklə məşğulam. Arada fotomodel kimi də, həvəskar olaraq çəkilirəm.
2. Gənc yaşlarında bu qədər uğur qazanmaq çətin deyil ki ? Necə bacarırsınız ?
Artıq 4 ildən artıqdırki, təşkilatçılıqla məşğulam. Məncə əsas məqsəd olmalıdır. Həyatda məqsəd varsa, hər şey əldə etmək olar Hətta, əsgərlikdən qayıtdıqdan 14 gün sonra şirkətmizin prezdenti Mübariz Allahverdizdə ilə birlikdə yeni model kastinqi keçirtdik. Bizim şirkət yeni yaransada dünyaca tanınan böyük layihələrdə iştirak edib. Bu yaxınlarda modelimiz Süleyman Tənaxirli məşhur fransız aktyoru Jerar Depardye ilə eyni filmdə rol aldı və 10 illik müqavilə ilə Avropanın tanınmış model agetnliyi ilə əməkdaşlıq çərçivəsində karyerasın Honkonqda davam etdirəcək. Sonra, şirkətimizin 22 yaşlı modeli Anastasiya Bern noyabrın 29-da İstanbulda "Miss Eurovision of the world" beynəlxalq gözəllik yarışında ölkəmizi layiqincə təmsil etdi. Bu il üçün sonuncu şad xəbəri isə, modelimiz Oksana Rzayeva, dekabrın 7-də Latviyanın paytaxtı Riqada "Miss Top of the World-2013" beynəlxalq model müsabiqəsində iştirak edərək, dünya gözəlləri arasında 3-cü yerə çıxaraq "Miss Elegance" naminasiyasına layiq görüldü. Nəzərinizə bunu da çatdıraq ki, gələn il Azərbaycanda ilk dəfə olaraq biz "Miss Europa" gözəllik müsabiqəsində iştirak edəcəyik..
3. Model kimi fəaliyyət göstərdiyinizi dediniz. Bu sadəcə xobbidir yoxsa necə...
Model kimi deməzdim ara sıra həvəskar formada fotomodel kimi bəyəndiyim reklam və jurnal çəkişlərində iştirak edirəm. Bu da, model biznesində çalışdığım üçün belə alınır.
4. Eşitdiyimə görə təzə TV layihəniz baş tutacaq. Bu barədə oxucularımızı məlumatlandırardınız.
Doğru eşitmisiniz. Bu realiti şoudur. Dünyaca məşhur proyekt olan "PROYEKT PODİUM" realiti şounun Azərbaycan variantını keçirəcəyik.Nəzərinizə çatdıraq ki, şounun Azərbaycanda yayım hüququ yalnız bizə məxsusdur. Verlişin layihə rəhbəri şirkətmizin prezdenti modelyer Mübariz Allahverdizadədir. Mən verlişin təşkilatçısıyam və eyni zamanda aparıcılarından biri olacam. Nərgiz Cəlilova studiyada mən isə modelyerlərin üzərində nəzarətçi və aparıcı olacam. Münsiflər heyətində Zamiq Hüseynov, Nigar İbarahimova, Mübariz Allahverdizade, "ATV Maqazin" jurnalının baş redaktoru Günay xanm planlaşdırılıb. Realiti şou ATV telekanalında yayımlanacağını planlaşdırırrıq. Xatıraldaq ki, proyektin lisenizyası ABŞ-dan alınıb və ölkəmizdə yanvar ayında seçim turlarına start veriləcək.
5.model həmkarlarınızdan biri keçən günlərdə belə bir açıqlama verdi ki, kişi modelin soyunması normaldır və bunu yüksək pul qarşılıqında etmək olar. Bəs sənə belə təklif gəlsə yüksək pul qarsılığında bu təklifə hə deyərsənmi?
İnsan pula, kişiliyin qurban verməməlidir. Mən buna qəti yaxşı baxmıram! Hər bir insanın həyata baxış dərəcəsi var. Modeldirsə açıq-saçıq çəkimlərdə iştirak edə bilər. Çünki o rolu da, kimsə canladırmalıdır. Amma soyunmaq kişiyə yaraşan hərkət deyil.
6. Niyə görə Azərbaycanda model xanımlara fikir birmənali deyil?
Çünki, bu fikir bizim müsəlman olduğumuzdan qaynaqlanır.Yaxşı qız hər yerdə yaxşıdır. Onun model olması ilə əlaqəsi yoxdur.Sadəcə modellər, göz önündədir.
7. Bəs Aqil öz sevdiyi xanımı model olmağa qoyarmı və ya model biri ilə ailə quraramı?
Xeyr icazə vermərəm. Model xanımla heç vaxt ailə qurmaram bu mənim həyat prinspimdir.
.
8. İndi də keçək şəxsi həyata... Bəs şəxsi həyata necə vaxt ayıra bilirsən? Sevdiyin biri varmı?
Mən işə vaxt ayırdığım kimi yetərincə şəxsi həyatımada vaxt ayırıram. Bəli , sevdiyim xanım var artıq 3 ildən çoxdur ki , bir-birmizi sevirik.İnşallah, bu yaxınlarda nişanlanmaq fikrim var. Bircə bunu deyə bilərəm biz çox xoşbəxtik. Bütün gənclərədə bu cür xoşbəxtlik arzu edərdim.
9. Sonda "High Life Fashion & Model Academy"-nin yeni il öncəsi layihələri barədə oxucularımızı məlumatlandırardınız ?
Bizim yeni il ərəfəsində 3 böyük proyektimiz var. Bir az öncə söz etdiyim dünyaca məşhur "Proyekt podium" realiti şounun Azərbaycan versiyasının keçirəcəyik. Sonra Azərbaycanda daha bir ilkə imza atırıq. Artıq heç kimə sirr deyil ki, Azərbaycan milləti çox gözəl simaya malikdir. Buna görə də millətimizin gözəlliyini daha çox qiymətləndirmək ücün bu internet üzərə gözəllik yarışmasını keçirməyimizə qərarlıyıq. Müsabiqənin şərti adı "Best of the Best" yəni, "Yaxşıların yaxşısı" adlanacaq. Bu internet üzrə yarışmada hər gün müsabiqəçi bəy və xanım özünü sınaya bilər. Azərbaycanın hər bölgəsindən insanlara qapılarımız açıqdır. Qalib gələnə (xanım ya bəy fərq etməz) 5000 AZN mükafat veriləcək. Sonuncu surpirizimiz isə öz kollektivimizə olacaq. Belə ki, üzümüzə gələn ilin yanvar ayının ikisındə "High Life Fashion & Model Academy"-nin yeni il tədbiri olacaq. Bizim tələbə modelyerlər öz geyim modellərini nümayiş etdirəcək. Bir sözlə möhtəşəm moda şousu baş tutatacaq. Gecədə estiradamızın ən məşhur müğənniləri iştirak edəcək.